Reklam verin!

VƏRƏM

verem
___

Vərəm yoluxucu xəstəlikdir. O hal-hazırda dünyada ən təhlükəli infeksiyalardan biri olaraq qalmaqdadır və əsasən əhalinin əmək qabiliyyətli hissəsini sıradan çıxarır.

Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə əsasən hal-hazırda dünyada 20 milyondan artıq vərəm xəstəsi vardır və bunların 7 milyonu açıq formalı vərəmdir. Hər il 3.5 milyon insan vərəmlə xəstələnir və 1 milyon insan vərəmdən ölür. Hər dəqiqə təxminən 2 insan vərəmdən dünyasını dəyişir. Hazırda Azərbaycanda rəsmi statistikaya görə, 8 minə yaxın vərəmli xəstə var.

Törədicisi: Mycobacterim tuberculosis və ya Kox çöpləri tərəfindənkox törənir. Bunlar aerob, turşuyadavamlı bakteriyalar olub ətraf mühitin bir sıra təsirlərinə qarşı çox davamlıdır. 70°S-də 30 dəqiqəyə, qaynatdıqda 5 dəqiqəyə məhv olur. 5%-li karbol turşusu, 5%-li formalin məhlulu mikrobu məhv edir.

Patogenezi: Sağlam, yaxşı immunitetə malik insan vərəmə yoluxduqda adətən heç bir əlamət üzə çıxmır, bu zaman daxildə yaranmış kiçik vərəm prosesi isə öz-özünə sağalır. Bu prosesdən bəzən heç bir əlamət qalmır və ya kiçik məhdud Qon ocağı qalır. Bu cür ilkin yoluxma adətən uşaq və ya yeniyetmə yaşlarında baş verir. Yoluxma çox zaman hava-damcı üsulu ilə baş verir, adətən payız aylarında yoluxma ehtimalı artır.


İlkin yoluxanların yalnız 0.4-0.5%-ində vərəm xəstəliyi əmələ gəlir. Lakin çox zaman vərəm xəstəliyi orqanizmin zəifləməsi fonunda uşaq vaxtı ilkin yoluxma zamanı əmələ gəlib qalmış Qon ocaqlarının yenidən aktivləşməsi nəticəsində yaranır. Beləliklə, əhalinin yarıdan çoxu vərəmə yoluxduğu halda heç də hər kəsdə vərəm xəstəliyi əmələ gəlmir. Bu xəstəlik yalnız yaxşı qidalanmayan, qeyri-qənaətbəxş şəraitdə yaşayan, müxtəlif səbəblərdən immuniteti aşağı olan, digər xəstəlikər fonunda (şəkərli diabet, QİÇS və s.), çox siqaret çəkən, və ya zərərli tozlarla daim nəfəs alan insanlarda və s. inkişaf edir.

Vərəmin əsas klinik formaları:

I qrup: Uşaqlarda və yeniyetmələrdə vərəm intoksikasiyası

II qrup: Tənəffüs orqanların vərəmi

III qrup: Digər orqan və sistemlərin vərəmi:

  • Beyin qişalarının və mərkəzi sinir sisteminin vərəmi
  • Bağırsağın, peritonun, müsariqə limfa düyünlərinin vərəmi
  • Sümük və oynaq vərəmi
  • Sidik-cinsiyyət orqanlarının vərəmi
  • Dəri və dərialtı toxumanın vərəmi
  • Periferik limfa düyünlərinin vərəmi
  • Gözün vərəmi
  • Digər orqanların vərəmi.

Klinikası: Vərəmin klinikası onun formasından asılı olaraq müxtəlif ola bilər.

Uşaqlarda və yeniyetmələrdə vərəm intoksikasiyası zamanı bədən temperaturu periodik olaraq 37-38°S-yə qalxır(subfebril hərarət), xəstənin iştahası pozulur, neyrovegetativ pozğunluqlar(əsəbilik və ya süstlük, başağrıları, ürəkdöyünmə), periferik limfa düyünlərinin zəif böyüməsi(mikropoliadeniya), periadenit, qaraciyərin, bəzən dalağın bir qədər böyüməsi, bədən çəkisinin artmaması, azalması, orta qulağın iltihabı(orta otit), başqa xəstəliklərə meyllilik müşahidə olunur.

Ağciyərlərin vərəmi uzunmüddətli öskürək, subfebril(bəzən daha çox) temperatur, bəlğəm, bəzən qanhayxırma, döş qəfəsində ağrı və s. əlamətlərlə gedir. Bundan başqa əsəbilik, gecə tərləmələri, arıqlama, arterial təzyiqin enməsi, böyrəküstü vəzlərin fəaliyyətinin zəifləməsı kimi ümumi simptomlar xəstəni narahat edir. Miliar vərəmdə proses kəskin olub yüksək temperaturla gedir və bu zaman oskürək, bəlğəm kimi əlamətlər olmaya da bilər, intoksikasiya əlamətləri, tifəbənzər əlamətlər üstünlük təşkil edir. Vərəmin gec, ağırlaşmiş mərhələlərində ürək, qan-damar sistemi, tənəffüs çatışmazlığı əlamətləri meydana çıxır. Xəstənin nəbzi tezləşır(taxikardiya), təngənəfəslik, periferik sianoz(dodaqların, barmaqların göyərməsi), tənəffüs prosesinə köməkçi əzələlərin qoşulması kimi əlamətlər əmələ gəlir. Ağciyər vərəminin bəzi formaları əlamətsiz keçə bilər(ocaqlı vərəm, tuberkulema).

Diaqnoz: Vərəmin diaqnozunu qoymaq üçün minimal 3 diaqnostik üsul tətbiq olunur: Ağciyərlərin rentgenoqramması( və ya flüoroqrafiya), Mantu sınağı, Bəlğəmin mikroskopik müayinəsi. Bundan sonra lazım gələrsə əlavə diaqnostik üsullar da tətbiq oluna bilər. Qanın ümumi analizində EÇS artır, eozonofillərin artması(eozonofiliya), limfositlərin azalması (limfopeniya) aşkar edilir.

Uşaqlarda və yeniyetmələrdə ilk dəfə Mantu sınağı “+” nəticə verirsə bu “viraj” adlanır və ilkin yoluxmanı göstərir. Yoluxmadan 2 ay sonra viraj aşkar oluna bilər.

Müalicəsi: Vərəm sağalan xəstəlikdir. Yalnız gecikmiş mərhələlərdə bu mümkün olmaya bilər. Vərəmin müalicəsi uzun çəkir. Qanuna əsasən Azərbaycan Respublikasında vərəmin müalicəsi pulsuzdur.

Pəhriz təyin edilir. Belə ki, xəstə yaxşı qidalanmalı, gün ərzində bütün lazım olan qida maddələrini və kalorini qəbul etməlidir. Qidada zülallar, vitaminlər,mineral maddələr, yağlar miqdarında gündəlik tələbatı ödəməlidir. Ağartılar, yumurta, balıq əti, meyvə-tərəvəz və s. qida növləri yeməkdə üstünlük təşkil etməlidir.

Konservativ müalicəyə kimyəvi preparatlar, lazım gələrsə hormonal, desensibilizəedici preparatlar, vitaminlər, sanator-kurort müalicəsi, pəhriz daxildir.

Konservativ müalicə nəticə verməzsə cərrahi müalicə aparıla bilər.

Profilaktikası: Vərəmin profilaktikası daha vacibdir. Bundan ötrü hər il uşaqlarda və yeniyetmələrdə Mantu sınağı aparılır, virajlı uşaqlar aşkar olunur və VI qrup dispanser uçot qeydiyyatına götürülür. Onlar 1 il müddətində ciddi müşahidədə qalırlar. Virajlı uşaqlara 3 ay müddətində İzoniazidlə kimyəvi profilaktika aparılır. 3 aydan sonra təkrari Mantu sınağı qoyulur - əgər əmələ gələn papulanın ölçüsü kiçilibsə, dərman profilaktikası davam etdirilmir, intensivlik artıbsa və ya yerində qalıbsa 2-3 il də yazda və payızda profilaktika davam etdirilir.

Vərəmin vaxtında aşkar edilməsi onun effektiv müalicəsi üçün böyük rol oynayır. Bun görə də xəstələrin vaxtında müraciət etmələri, müalicəni başlamaları, sağlam şəxslərin ildə 1 dəfə profilaktik müayinədən keçmələri vərəmlə mübarizədə vacib amildir.

Açar sözlər:
Baxış sayı: 87

Pulsuz tibbi terapevtik konsultasiya-2

 stetoskop

Salam! Bu mövzuda hər biriniz sizi narahat edən sağlamlığa dair problemlərinizə görə saytımızın terapevtindən pulsuz konsultasiya ala bilərsiniz. Qaydalar davamında:

  (Əvvəlki mövzu silinməmişdir, sadəcə şərhlərin sayı çox olduğu üçün yeni movzu açmışıq.)


  • Suallar şərh şəklində verilir və bu şəkildə cavab alınır, xüsusi hallarda cavaba ayrıca yazı həsr oluna və ya poçt adresinizə göndərilə bilər(belə olmasını istəyirsinizsə öncədən xahiş edin).
  • Adınızı/soyadınızı qeyd etməniz vacıb deyil.
  • Tibbi yardım yalnız konsultasıya xarakteri daşıyır.
  •    Hər kəsə sağlamlıq arzusu ilə! Təbəssüm

    Açar sözlər:
    Baxış sayı: 246

    Axalaziya(kardiospazm). Qida borusunun mədəyə keçən hissəsinin daralması.

    axalaziya 

    Axalaziya- qida borusunun sinir-əzələ aparatının özünəməxsus zədələnməsi nəticəsində qidanın qida borusundan mədəyə keçməsinin pozulması ilə müşayiət olunan xəstəlikdir.

    Səbəbi(etiologiyası): Bu xəstəliyin səbəbi günümüzə qədər elmə tam məlum deyil. Belə hesab olunur ki, mərkəzi sinir sistemindəki bəzi pozğunluqlar udma zamanı qida borusunun peristaltikasında (hərəkətində) problemlər yaradır və mədə girəcəyi(kardia) udma zamanı tam açılmır. Bununla da qidanın keçməsində çətinlik yaranır.

    Əlamətləri: Xəstəliyin əsas əlaməti udmanın pozulmasıdır(disfagiya). Disfagiya su içən zamanı yaranmır, lakin süd içən zamanı, yumşaq çörək, bir qədər bərk qidalar qəbul edən zamanı yaranır. Bu zaman xəstə çox vaxt məcbur olub yeməyi su içə-içə yeyir, hissə-hissə udur.


     Xəstədə yediyi qidanın qayıtması (requrqitasiya) və gəyirmə tez-tez baş verir. Hətta bəzən xəstə özünü məcburən qusdurur - bu zaman qusuntu kütləsində bir neçə vaxt əvvəl yeyilən qidalar da olur. Qusmadan sonra xəstə özünü rahat hiss edir.

    Yemək yedikdən sonra döş sümüyü arxasında ağrılar, ağırlıq hissi, ürəkdöyünmə və s. yarana bilər. Ağrılar kəskin olur, belə, boğaza, alt çənəyə irradiasiya edir. Bir neçə dəqiqədən bir neçə saata qədər çəkə bilər.

    Bütün bu əlamətlər xəstənin ümumi vəziyyətində dəyişiklik yaradır. Xəstələr arıqlayırlar, bəzən kaxeksiya vəziyyətinə çatırlar, depressiyaya düşürlər.

    Diaqnostikası: Diaqnostikası kontrast rentgenoqrafiya  və ya ezofaqoskopiya vasitəsilə qoyulur.

    Müalicəsi: Pəhriz təyin olunur(stol №1). Qida qəbulu tez-tez və az-az olmalıdır, qaynar və ya soyuq olmalı deyil. Alkoqol və nikotin qəbulu dayandırılmalıdır. Dərman maddələrindən nitratlar, prokinetiklər, xolinoblokatorlar, sakitləşdiricilər təyin olunur. Psixoterapiya aparılması da məsləhət görülür.

    Əgər kimyəvi dərman müalicəsi effekt verməzsə mədə girəcəyinin genişləndirilməsi(kardianın dilatasiyası, bujlama) həyata keçirilir. Ən son mərhələlərdə cərrahi əməliyyat göstərişdir.

    İstifadə olunan ədəbiyyat: Справочник врача общей практики / Н. П. Бочков, В. А. Насонова и др. // Под ред. Н. Р. Палеева. - М.: Изд-во Эксмо, 2002

    Açar sözlər:
    Baxış sayı: 44

    NEYROCƏRRAH

    beyin 

    ---

    Artıq neyrocərrah Bəhruz Eyvazov da tibbi konsultasiyalarda iştirak edəcəkdir. O həm də yazar kimi saytımıza dəvət olunmuşdur. Buyurub sinir xəstəlikləri və neyrocərrahiyyəyə aid suallarınızı ona ünvanlaya bilərsiniz.  


    Açar sözlər: нейрохирургия консультация 
    Baxış sayı: 102

    ANEMİYA (qanazlığı)

     qan

    İnsan qanı plazmadan və formalı elementlərdən ( yəni qan hüceyrələrindən) ibarətdir. 3 cür qan hüceyrələri mövcuddur:

    1. Leykositlər – bu formalı elementlər iltihabda, immunitet reaksiyalarında iştirak edirlər.
    2. Eritrositlər – bu formalı elementlərin tərkibində dəmir daşıyıcısı olan hemoqlobin (Hb) mövcuddur və onların funksiyası ağciyərdən toxumalara oksigeni daşımaqdır.
    3. Trombositlər – laxtalanmada iştirak edir.

    Qanazlığı (anemiya) dedikdə məhz eritrositlər və hemoqlobin çatışmazlığına aid xəstəliklər nəzərdə tutulur. Əmələ gəlmək mexanizminə görə anemiyalar bölünür:

    1. Qanaxma nəticəsində yaranan anemiyalar(posthemorragik anemiyalar):

    ·        Kəskin

    ·        Xroniki

    1. Qanyaranmanın pozulması nəticəsində yaranan anemiyalar:

    ·        Defisit anemiyalar ( dəmir defisitli, B12 defisitli və s.)

    ·        Porfirin mübadiləsinin pozulması nəticəsində yaranan anemiyalar (anadangəlmə, aplastik və s.)

    1. Qanın parçalanmasının artması nəticəsində yaranan anemiyalar (hemolitik anemiyalar):

    ·        Anadangəlmə (irsi)

    ·        Qazanılmış

    Dəmir defisitli anemiyalar

    Dəmir defisitli anemiyalar orqanizmdə dəmirin çatışmazlığı nəticəsində əmələ gəlir və bütün anemiyaların 80%-ni təşkil edir.

    Səbəbləri: Mədə-bağırsaq sistemin xəstəlikləri(qastrit, mədə və ya yoğun bağırsağın şişləri, qurd xəstəlikləri və s.), hamiləlik, qidada dəmirin çatışmazlığı və s. Bundan başqa orqanizmdə baş verən xroniki qanaxmalar (uzun müddət davam edən gur aybaşı, uşaqlıq qanaxmaları, babasil, mədə xorasının gizli qanaması və s.) dəmir defisitli anemiyaya səbəb ola bilər.

    Əlamətləri: Dəmir defisitli anemiyada xəstənin dəri və selikli qişaları solğun olur, başgicəllənmə, göz önündə qaraltı, qulaqlarda küydən əziyyət çəkir. Nəbzi tezləşir(taxikardiya), təngnəfəs olur, arterial təzyiq aşağıya meylli olur.

    Xəstənin dırnaqları tez sınır, dırnağın üzəri köndələn xətli, qaşığabənzər formada olur, saçları ucları haçalanır, tökülür. Dəri quru olur, çətin qaralır. Bərk, kobud qidaları udmaq çətinləşir, anqulyar stomatit (ağızın kənarlarında yara) əmələ gələ bilər. Bu zaman dil hamarlaşır, parlaq olur. İştahanın dəyişməsi baş verir – xəstə tabaşir, torpaq, kömür yeməyə cəhd edir, aseton, süni boya iyindən xoşu gəlməyə başlayır. Mədə bağırsaq sistemində distrofik, atrofik proseslər gedir.

    Hemoqrammada qanda hemoqlobinin miqdarı(Hb), rəng göstəricisi azalmış olur. Eritrositlərin sayı azalmış və ya dəyişilməmiş ola bilər. Mikrositoz və poykilositoz olur.

    Qan plazmasında dəmirin miqdarı azalır, serumun ümumi dəmirbağlama qabiliyyəti artır, serum ferritini aşağı düşür. Diaqnoz sümük iliyində depo dəmirin miqdarının azalmasına əsaslanaraq qoyulur.

    Müalicəsi: 6 ay müddətində oral olaraq gün ərzində 180 mg dəmir (2-valentli dəmir, dəmir-sulfat) qəbul edilir. Əgər mədə-bağırsaq sistemi ilə əlaqədar problem varsa o zaman parenteral( əzələ daxilinə inyeksiya şəklində) dəmir qəbul edilir. Eyni zamanda Akorbin turşusu(Vitamin C), Vitamin B6, Fol turşusu qəbul edildikdə müalicəni effektivliyi artır.

    Müalicə təsir etməzsə xroniki qan itkisinin ola bilmə ehtimalı düşünülməlidir. Bu cür səbəb aşkar olunub aradan götürülmədiyi müddətdə müalicə effektsiz olacaq.

    Bundan başqa xəstənin qidasında alma, çiy çuğundur, badam, bal, ət və s. tərkibində dəmir çox olan qida məhsulları artırılır. Xalq təbabətində anemiyalar zamanı bal və güləm(və ya çiçək tozu) qarışığı, jenşen bitkisinin kökü və bal, arı südü və s geniş tətbiq edilir. Otlardan aşağıdakı qarışıqdan istifadə edilə bilər:

    İtburnu, meyvəsi   20

    Qara qarağat, yarpaqları   20

    Gicitkən, yarpaqları    20

    Dərman zəncirotu, gövdəsi 20

    Bu qarışığı xırdalayıb 2 x. qaşığı 0.5 l qaynar su əlavə edilib dəmlənilir. Qida qəbulundan 15-20 dəqiqə əvvəl, gündə 3 dəfə olmaqla hər dəfə yarım stəkan qəbul edilir. Eyni zamanda ½, 1/3 çay qaşığı çiçək tozu qəbul edilir. Müalicə kursu 1 aydır. Sonradan 10-15 gün fasilə verilib təkrarlana bilər.

    Açar sözlər: anaemia анемия малокровие железодефицитная 
    Baxış sayı: 72

    Burun qanaması zamanı ilk yardım.

     burun

    Burun boşluğunda kapilyarlar sıx və kövrək olur. Məhz buna görə də ən kiçik travma, təzyiqin qalxması, qanın laxtalanmasında problemlər, uzun müddət gün altında qalmaq xüsusən uşaqlarda burun qanamasına səbəb ola bilər.  Qanaxma zamanı burun dəliklərindən al rəngdə qan gəlir. Lakin ola bilər ki, qan udlağın arxa divarı ilə axıb mədəyə də getsin. Bu sonradan qan qusmaya səbəb olur.

    İlk yardım:

    • Burnu qanayan adam rahat yerdə, kölgədə oturdurulur,  başı bir qədər önə əyilir ki, qan udlağa getməsin.burunn
    • Əl ilə burun qanadı burun çəpərinə sıxılır.
    • Burun dəliklərinə pambıq tamponlar qoyulur.
    • Ənsəyə və burunun üstünə soyuq su ilə isladılmış dəsmal və ya buz qoyulur.

    Əgər 10-20 dəqiqə ərzində burun qanaxması kəsməzsə,  qanaxma tez-tez baş verərsə, aspirin, heparin və s. tipli dərmanların qəbulundan sonra baş verərsə, qanaxma olan şəxsdə qanın laxtalanmasının azalması və ya arterial təzyiqin yüksəlməsi ilə müşayiət olunan xəstəliklər varsa mütləq həkimə müraciət olunmalıdır.


    Açar sözlər:
    Baxış sayı: 27

    Üz və saç üçün maskalar

     maska

    Gözəlliyi uzun müddət qorumaq, vaxtından əvvəl qırışların əmələ gəlməsinin qarşısını almaq üçün dəriyə qulluq vacibdir.

    Üz dərisi üçün maskalar adətən gözlərin ətrafından savayı bütün üzün dərisinə çəkilir. Maska 10-15 dəqiqə saxlanılır. Bu zaman uzanmaq, ayaqları bir qədər hündürə qoymaq məsləhətdir. Qidalandırıcı maskalardan öncə dərini təmizləmək lazımdır. Bunun üçün müxtəlif skrablardan və ya təbii vasitələrdən (limon şirəsi və s.) istifadə etmək olar. Yağlı maskalar yuyulduqdan sonra üzdə qalan nazik yağ təbəqəsi üz salfeti vasitəsilə silinir. Bal, yumurta ilə hazırlanan maskalar ilıq su ilə yuyulur, yuyulduqdan sonra üzə krem çəkilir.


    Quru dəri üçün qidalandırıcı maskalar:

    1 çay qaşığı xama + 1 çay qaşığı bal + 0.5 çay qaşığı əzilmiş güləm və ya çiçək tozu qarışdırılır. Üzə çəkilib 15 dəqiqə saxlanılır. Həftədə 1-2 dəfə qoyulur. Bu maska həm də cavanlaşdırıcı təsir göstərir.

    2 yumurtanın ağı tam ağ köpük alınana qədər çalınır, üzərinə 10 damcı limon şirəsi və 1 xörək qaşığı bal (əgər xarlanıbsa bir qədər isidilib) əlavə edilir. Qarışdırılıb maska qoyulur.

    1 yumurtanın sarısı + 1 xörək qaşığı mayonez qarışdırılır. Üzə bitki yağı çəkilir, üzərindən isə bu maska çəkilir.

    Baldan hazırlanan maskalar istənilən dəriyə yaxşı təsir göstərir. Əks göstərişlər – qan damarlarının səthi yerləşməsi və allergiyadır.

    Yağlı dəri üçün maskalar:

    Öncə dərini təmizləmək lazımdır. Yağlı dərini su və limon şirəsi ilə təmizləmək olar. Bunun üçün adi limon dilimini üzə sürtməklə də sifəti təmizləmək olar.

    Bundan başqa yağlı dərini təmizləmək üçün Nanə dəmləməsindən də istifadə edə bilərsiniz.  1 çay qaşığı nanə qurusunun üzərinə 1 stəkan qaynar su əlavə edilib dəmlənilir. Hazırlanmış dəmləmə ilə səhərlər üz təmizlənir.

    Yağlı dəri üçün maskalar dərinin yağlılığını azaldır və iltihab əleyhinə təsir göstərir:

    1 x. qaşığı prisıpka + 3%-li hidrogen-peroksid(perekis) və ya yağsız süd qarışdırılır. Dərinin yağlı nahiyələrinə çəkilir.

    Sürtgəcdən keçirilmiş çiy kartof yağlı dəriyə yaxşı təsir göstərir.

    1 ədəd çiy kartof sürtgəcin xırda gözündən keçirdilir, üzərinə çalınmış yumurta ağı və 2-3 çay qaşığı yulaf unu əlavə olunur. Xamayabənzər kütlə alınana qədər qarışdırılır. Üzə çəkilir.

    Yumurtanın ağı çalınır. Pambığa batırılıb üzə çəkilir. Quruyub üzdə nazik təbəqə əmələ gətirənə qədər gözlənilir. Sonra 2-ci və 3-cü təbəqələr çəkilir. Sonda yuyulur.

    Cavanlaşdırıcı maskalar:

    1 almanın yarısı əzilir + 1 yumurta sarısı + 1 x. qaşığı bal + 1 x. qaşığı alma sirkəsi + 1 çay qaşığı B qrup vitamin tozu + 1 çay qaşığı Askorbin turşusu (Vitamin C)  qarışdırılır. Üzə və boyunun dərisinə çəkilir. 25-30 dəqiqədən sonra yuyulur. İstənilən tipli dəridə istifadə etmək olar.

    100 qr bal su hamamında qızdırılır, üzərinə tədricən 50 ml araq əlavə edilir. Pambıqla üzə çəkilir və 10-15 dəq saxlanılır.

    Saç üçün maskalar:
    1 x. qaşığı sürtgəcdən keçirilmiş çiy soğan + 1 x. qaşığı gənəgərçək yağı + 1 x. qaşığı bal + 1 yumurta sarısı yaxşı qarışdırılır. Alınmış qarışıq saçların dibinə yaxılıb bərk sarınır. 1-2 saat saxlanılıb yuyulur.

    30 qr quru xırdalanmış çobanyastığı çiçəyi (ramaşka) üzərinə 100 qr qaynar su əlavə edilib dəmlənilir. Dəm 30-40 dəq saxlanılıb soyudulur. Süzülüb 1 desert qaşığı bal əlavə edilir. Saçları yuduqdan sonra dəsmalla bir az qurudulub alınan məhlulla saçların dibi isladılır. Yarım saatdan sonra ilıq su ilə yuyulur. Quru saçlarda 10-12 gündən bir, yağlı saçlarda 6-7 gündən bir təkrarlanır.

    Açar sözlər: маски для лица волос 
    Baxış sayı: 372

    Arıqlamaq üçün məsləhətlər

     ariqlama

    Artıq çəki bir çoxlarının qarşılaşdığı bir problemdir. Qadınlar piylənməyə kişilərə nisbtən daha çox meylli olduqları və xarici görünüşlərini üçün daha çox narahat olduqlarına görə bu problem onları daha çox maraqlandırır.

    Öncə aydınlaşdıraq ki, normal çəki nədir? Belə hesab olunur ki:

    Normal çəki(kq)=Boy(sm)-100

    Əgər çəkiniz bu qiymətdən çoxdursa, deməli artıq çəkidən əziyyət çəkirsiniz.

    Arıqlamaq üçün cürbəcür dərmanlar, pəhriz, masaj, trenajor və s. üsullar reklam olunur. Bəs necə arıqlamaq daha düzgündür?

    Əgər yalnız ac qalmaq və pəhrizlərlə bu problemi həll etməyi düşünürsünüzsə - o zaman nəzərə alın ki,  çox köklükdən sonra birdən birə arıqlamaq  sellülit, dəri sallanması və s. kimi problemlərə gətirib çıxarır(hələ mən sağlamlığa vurulan ziyanı demirəm). Necə deyərlər, yağışdan çıxdıq, yağmura düşdük.

    Əgər idmanla arıqlamağı düşünürsünüzsə - o zaman da ehtiyatlı olun. Yaxşı idman edib, sonra da nənələrimiz demiş, yaxşı yemək sizin arıqlamaqdan çox çəki yığmağınıza və şişmənizə səbəb olacaq.

    Daha yaxşı olar ki, idmanı və pəhrizi eyni vaxtda edəsiniz. Bu həm vaxtınıza qənaət edər, daha effektiv arıqlamağınıza səbəb olar, həm də sellülit, dəri sallanması kimi problemlərdən sizi azad edər. İdman və pəhriz eyni zamanda aparılarkən aşağıdakı qaydalara riayət edin:

    • İdmanı səhərlər etməyin - çünki bu orqanizmdə stress vəziyyəti yaradır. Günorta və axşam saatlarında idman edin.
    • Sürətli və az yükü olan idman növləri ilə, daha yaxşı olar ki, aerobika ilə məşğul olun.
    • İdman etdikdən dərhal sonra yemək yeməyin. 2-3 saat gözləyin. Yaxşı olar ki, idmandan əvvəl qida qəbul edin.
    • Axşam, gecə saatlarında yemək yeməyin.

    Pəhrizdə qızardılmış, yağlı(xüsusən heyvan mənşəli yağlar), karbohidrat (çörək, şirniyyatlar) kimi yeməklərdan uzaq durun. Daha çox meyvə-tərəvəz, zülal çox olan qidalar, buğda bişmiş, qaynadılmış yeməklərdən istifadə edin.

    Pəhriz növlərindən birini diqqətinizə çatdırırıq:


    Bu pəhrizin adı "10 ərzaq" pəhrizidir. 1 həftəlik qidanızı yalnız 10 ərzaqla məhdudlaşdırın. Sizə gün ərzində 1.5 kq-dan çox olmayan qida qəbul etmək lazımdır və bu qidanın tərkibində yalnız 10 qida növü olmalıdır. Bu 10 ərzaqı kefiniz istəyən nisbətdə qarışdıra bilərsiniz. Həmin ərzaqlara bunları da əlavə edə bilərsiniz:

    1. soğan
    2. sarımsaq
    3. şüyüd
    4. cəfəri
    5. limon şırəsi
    6. bal (günə bir çay qaşığı)
    7. yaşıl çay (istənilən qədər içmək olar)
    8. zeytun yağı (gün ərzində 1 xörək qaşığı)
    9. qara çörək (gün ərzində 1 qıça)

    Beləliklə, menyumuz:

    1. toyuğun və ya hind toyuğunun döş əti və ya yağsız balıq əti
    2. qaynadılmış yumurta
    3. 2%-dən çox yağlılığı olmayan qatıq
    4. pomidor
    5. xiyar
    6. balqabaq (boranı)
    7. gül kələm
    8. badımcan
    9. göbələk (duza qoyulmamış)
    10. qreyfrut, portağal, alma, kök

    İstədiyiniz təqdirdə pəhrizi 1 həftədən çox uzada bilərsiniz. Həftə ərzində 1.5 kq çəki itirəcəksiniz.

     

    Açar sözlər: arıqlama pəhriz похудение диета 
    Baxış sayı: 283

    Anafilaktik şok. İlk yardım

    arii

    Anafilaktik şok – allergenin orqanizmə təkrarı daxil olması zamanı əmələ gələn tez tipli allergiya reaksiyasıdır.Anafilaktik şok dərmanlara (daha çox antibiotiklərə - penisillin və s.), rentgenologiyada istifadə olunan kontrast maddələrə, yeməyə, çiçək tozuna, bəzi həşəratların sancmasına qarşı əmələ gələ bilər.

    Əlamətləri: Anafilaktik şok adətən allergen orqanizmə daxil olduqdan dərhal sonra əmələ gəlir. Əgər allergiya törədən maddə orqanizmə qida vasitəsilə daxil olursa reaksiya bir qədər gec əmələ gələ bilər.Xəstənin rəngi avazıyır, göyərir(sianoz), qorxu hissi, qulaqlarda küy, pulsasiya edən başağrıları, soyuq tər əmələ gəlir. Tez-tez asqırma, bədəndə övrəyə bənzər səpgilər ola bilər. Arterial təzyiq kəskin düşür, üz qızarıb şişir, tənəffüs yollarının ödemi nəticəsində kəskin tənəffüs çatışmazlığı (boğulma) yaranır.

    Həkiməqədər ilk yardım: Allergiya törədən maddənin orqanizmə daxil olması dərhal dayandırılır. Təcili yardım çağırılır. Çalışıb allergenin daxil olduğu(iynə vurulan və ya həşərat dişləmiş) yerdən bir qədər yuxarı sıxaq (jqut) qoyulur. Xəstə sakitləşdirilir. Əgər xəstənin huşu itibsə nəfəs alıb-almadığı yoxlanılır. Tənəffüs dayandığı təqdirdə süni tənəffüs və ürək masajı edilir.

    İlk tibbi yardım: İynə vurulan və ya həşəratın dişlədiyi yerə dərhal 0.5 ml 0.1%-li adrenalin məhlulu (ə/d və ya d/a) yeridilir. Ağır hallarda adrenalin v/d 20 ml 40%-li qlükoza məhlulu ilə bir yerdə vurulur. Bu üsullarla arterial təzyiqi qaldırmaq mümkün olmazsa, v/d damcı üsulu ilə noradrenalin yeridilməyə başlanır. Bundan başqa dövr edən qanın miqdarını bərpa etməkdən ötrü vena daxilinə Ringer, kolloid məhlulları, izotonik məhlul, antihistamın preparatlar, qlükokortikoidlər və s. yeridilir.

    Xəstə heç olmaya 12 gün ərzində stasionarda qalmalı və daim nəzarət altında olmalıdır. 

    Açar sözlər: анафилактический шок первая помощь 
    Baxış sayı: 83

    Yaddaşı necə yaxşılaşdırmalı?

    yaddas
    ___

        Yaddaşın zəifləməsi günümüzdə çox yayılmış problemlərdəndir. Gərgin iş qrafiki, informasiya çoxluğu, gecə həyatı, düzgün balanslaşdırılmamış qidalanma beynin fəaliyyətinə də öz təsirini göstərir.

     Yaşlılarda yaddaşın pozulması çox zaman bir sıra xəstəliklərin (beyin damarlarının aterosklerozu, qocalıq ağıl zəifliyi, Alsqeymer xəstəliyi və s.) nəticəsi olur. Müalicə də bu yönümdə aparılmalıdır.

        Cavan şəxslərdə isə yaddaş pozğunluğu yorğunluğun, qeyri-düzgün həyat tərzinin, həddən artıq informasiya yüklənməsinin nəticəsidir. Bundan başqa bir şeyi yadda saxlayarkən onu düzgün, nə iləsə əlaqələndirib(assosiativ) yadda saxlamaq lazımdır. Həddən artıq əzbərçilik düzgün deyil.

        Bəs yaddaşı necə yaxşılaşdırmalı?


       Öncəliklə rejimə riayət etmək, vaxtlı-vaxtında yatıb durmaq, zehni işlə fiziki işi növbələşdirmək, vaxtlı-vaxtında istirahət etmək lazımdır.  

       Qidalanarkən tərkibində aminturşular(zülallar), Fosfor, Kalsium, A, E, B qrup vitaminlər olan qidalara çox yer verilməlidir. Bunlara misal olaraq Balıq əti, balıq yağı, kürü, lobya, qarğıdalı, banan, kişmiş, qaysı, qoz, günəbaxan, süd və süd məhsulları, yumurta, kakao və s. göstərmək olar.  

       Səhər və axşamlar bal şərbəti və ya şirinçay içmək beynin qlükozaya olan tələbatını ödəməklə yaddaşı yaxşılaşdırır.  

       İdman etmək, xüsusilə də onurğa sütununun idmanları beyin qan dövranını gücləndirir və yaddaşı yaxşılaşdırır. Bundan başqa beyin qan dövranını yaxşılaşdıran dərman maddələri – sinnarizin, nootropil, qlisin və s. mövcuddur.  

       Yaddaşı yaxşılaşdırmağı, informasiyaları daha asan və effektiv yadda saxlamağı öyrənən xüsusi bir elm sahəsi – Mnemonika mövcuddur. Belə ki,  çoxsaylı informasiyanı (məsələn, İngilis dilində sözlər, telefon nömrələri) yadda saxlamaq, beyinin bu sahədə imkanlarından maksimal istifadə etmək üçün xüsusi treyninq proqramlar, cürbəcür üsullar düşünülübdür. Onların əksəriyyəti assosiativ üsullardır. Bu proqramlar barədə bəzi rus və türk saytlarının linklərini təqdim edirəm:

    http://www.smile.az/2008/08/27/nabor-program-dlja-uluchshenija-pamjati.html

    http://narmed.ru/articles/memory/

    http://www.yugzone.ru/memory_software.htm

    http://www.sadecedownload.com/goster/1967-Hafizayi-Guclendirme-Teknikleri.html   

    Açar sözlər: yaddaş mnemonika восстонавление память 
    Baxış sayı: 223

    Böyrək sancısı

    boyrek daşı

    Böyrək sancısı böyrəkdən sidik axınının kəskin pozulması zamanı baş verir. Belə halda böyrəyin kasa-ləyən sistemində təzyiqin artması nəticəsində reflektor olaraq böyrək damarlarının spazmı və venoz durğunluq baş verir ki, bu da öz növbəsində böyrək toxumasının ödeminə (şişməsinə), fibroz kapsulun dartılmasına və dözülməz ağrıların yaranmasına səbəb olur.

    Sidik axarlarının keçiriliciyinin pozulmasının ən çox təsadüf olunan səbəbi böyrək daşı xəstəliyində daşın axara düşməsidir. Bundan başqa sidik axarı qan laxtası(böyrək şişində), irin, selik, kazeoz kütlə(böyrək vərəmi zamanı), çapıq və s. vasitəsilə də tutula bilər.

    Əlamətləri:  Ağrılar kəskin, birdən birə sakit vəziyyətdə və ya fiziki işdən, nəqliyyatla yol gəldikdən sonra baş verir.


     Ağrı sağ və ya sol tərəfdə, bel və qabırğaaltı nahiyədə başlayır, tutmaşəkilli olur, adətən sidik axarı boyunca aşağıya – kiçik çanağa, cinsiyyət orqanlarına, buda irradiasiya edir(vurur). Bu zaman ən xarakterik simptom – xəstənin ağrıdan qışqırmağı, özünə yer tapa bilməməyi, qıvrılması, ağrının heç bir vəziyyətdə azalmamağıdır. Sancı adətən ürəkbulanma və qusma ilə, sidik ifrazının pozulması ilə (tez-tez və ağrılı sidik ifrazı) müşayiət olunur. Ağrı tez kəsə və ya kütləşə, sonra yenidən başlaya bilər. Bəzən böyrək sancısı bağırsaqların reflektor iflicinə səbəb olur ki, bu da özünü köpmə və qəbizlik ilə göstərir. Bəzən arterial təzyiq qalxır(xüsusilə də diastolik təzyiq).

    Sidik axarında böyrək daşı ilişərkən sancıdan bir qədər sonra sidikdə qan görünə bilər(hematuriya). Böyrək şişi zamanı isə qan adətən sancıdan əvvəl görünür.

    Diaqnoz qoyularkən böyrək sancısını kəskin sancı törədən digər vəziyyətlərdən – kəskin qarın, kəskin apendisit, kəskin xolesistit, mədə xorasının deşilməsi və s.-dən fərqləndirmək lazımdır.

    Həkiməqədər ilk yardım: Təcili yardım çağırılır. Ağrıyan nahiyəyə istiqac(qrelka) qoyulur, ayaqlara isti vanna etmək olar. (Lakin nəzərə almaq lazımdır ki, əgər bu böyrək sancısı deyilsə, digər hallarda bunu etmək qəti olmaz.)

    İlk yardım: Tam diaqnoz ekskretor uroqrafiyadan sonra qoyulur. Xəstəyə ağrıkəsici – analgin 50% 1 ml və ya baralgin 5 ml əzələ daxilinə və ya vena daxilinə yavaş-yavaş yeridilir. Spazmolitiklər – noşpa(2%-li 2 ml), papaverin(2%-li 2 ml), platifillin(0.2 %-li 1ml) ə/d və tərkibində terpen və efir yağları olan sistenal, urolesan və s. 15-25 damcı qəndə damızdırılıb dil altına gün ərzində 1-3 dəfə verilir. Təsiri olmazsa qanqlioblokator- heksonium təyin olunur. Ağrıkəsicilər ağrını azaltmazsa promedol verilə bilər.

    Yanaşı olaraq çoxlu maye qəbulu (2.5-3 l gün ərzində), sidikqovucu təsirli – qarpız, yemış, itburnu çayı, müxtəlif böyrək çaylarının qəbulu tövsiyə olunur.

    Əgər daşın ölçüsü böyük olarsa, bu yolla qısa müddətə düşməzsə cərrahi üsulla çıxardılır.

    Axar tutmuş maneə vaxtında aradan götürülməzsə hidronefroza və həmin böyrəyin tamamilə sıradan çıxmağına səbəb ola bilər.

    Açar sözlər: böyrək sancısı почечная колика 
    Baxış sayı: 227

    SAÇ TÖKÜLMƏSİ – ALOPECİA

    sactokulme

        Normada gün ərzində insan saçı 100-ə yaxın tük itirir. Daha çox itirərsə bu saçların seyrəlməsinə gətirib çıxarır.                               

       Saçların tökülməsi (alopecia) 2 tipdə olur:                                      

    1.     Düşən saç follikullarının yerində çapıq əmələ gəlməklə - bu cür tökülmə bərpa olunmur.                                                 

    2.     Çapıq əmələ gəlməməklə. Bu tipdə saç tökülməsinin qarşısını almaq mümkündür.                                               

        Bundan başqa saç tökülməsi ocaqlı (yalnız məhdud bir sahədə - alopecia areata) və diffuz (bütün baş dərisini əhatə edən) olur.         


       Diffuz alopesiyanın səbəbləri:                                                     1.     Hormonal disbalans – klimaks, yumurtalıqların polikistozu, kontraseptiv istifadəsi və s.    alopecia                                              

    2.     Genetik androgen çoxluğu nəticəsində  - daha çox kişilərdə müşahidə olunur, saçlar təpə hissədən seyrəlir, tüklər çox nazilir, ənsə və gicgah nahiyələrdə isə olduğu kimi qalır.        

    3.     Stress, əsəb gərginliyi.                                                           

    4.     Qida amili – dəmir, kalsium, zülal, bir sıra vitaminlərin çatışmazlığı                                                                        

    5.     Mexaniki və ya toksik təsirlər nəticəsində.                             

    6.     Dərman preparatlarının təsiri nəticəsində (ximioterapiya).             

         Hamilə qadınlarda rast gəlinən saç tökülməsi hamiləlik zamanı orqanizmin yenidən qurulması, hormonların dəyişməsi, bir sıra maddələrə tələbatın artması və onların orqanizmdə çatışmazlığının yaranması nəticəsində baş verir.                                                          Ocaqlı alopesiya (alopecia areata) yalnız məhdud bir nahiyədə saçların tamamilə tökülməsi ilə müşayiət olunur (nadir hallarda bütün baş dərisində, bəzən hətta bütün bədəndə saçlar tökülə bilər). Bu xəstəliyin səbəbi elmə tam məlum deyil.                                       

          Müalicə: Saç tökülməsinin çoxsaylı müalicə metodları mövcuddur. Müalicə kompleks şəkildə, xəstəliyin əmələgəlmə səbəbi nəzərə alınmaqla aparılır.                                                    

    Müalicə metodlarına aiddir.                                                           

    ·        Dərman müalicəsi- hormonoterapiya, vitaminoterapiya, sedativ preapatlar və s.                                                        

    ·        Fizioterapiya – saç dibinin masaj olunması, darsonval, ozonoterapiya və s.                                                             

     ·        Saç üçün tonik, şampun və maskalar.                                        

    ·        Xalq təbabəti – gənəgərçək, badam, qoz yağı, bal və yumurta sarısı və s. maskalar                                               

    ·        Cərrahi üsul - saç əkilməsi                                                    

         Vitaminoterapiyada adətən tərkibində vitaminlər, mikroelementlər, aminturşular və s. olan preparatlardan, sedativ müalicədə yüngül bitki tərkibli sakitləşdirici preaparatlardan istifadə olunur.               

        Fizioterapiya, xalq təbabəti, tonik və maskalarla yerli müalicə üsulları tük follikullarının qan dövranının və qidalanmasının yaxşılaşmasına xidmət edir.   

    Mülicədə eyni zamanda həm ümumi (vitaminoterapiya, hormonal və sinir sisteminin bərpası), həm də yerli (fizioterapiya, tonik və maskalar) metodların istifadəsi kompleks şəkildə aparılır.                                

    Tük follikulları tam atrofiya olunubsa (çapıqlaşıbsa), və ya bütün konservativ müalicə metodları öz effektini vermirsə xəstəyə cərrahi müalicə - saç əkilməsi təklif olunur. 

    Açar sözlər: выпадение волос alopecia keçəlləşmə 
    Baxış sayı: 507

    Mədə və 12-barmaq bağırsağın xora xəstəliyi

    mede

    Xora xəstəliyi – mədədə və 12-barmaq bağırsaqda xora əmələ gəlməsi ilə gedən sərbəst (birincili) xronik residivləşən xəstəlikdir.   Xəstəlik daha çox kişilərdə, O(I) qan qrupu olan insanlarda rast gəlinir. Cavanlarda 12-barmaq bağırsaq, yaşlılarda isə mədə xorası daha çox təsadüf olunur.    Xora xəstəliyinin əmələ gəlməsində iştirak edən səbəblər:                                                                                

    ·       İrsi meyllilik;

    ·       Helicobacter pylori infeksiyası;

    ·       Yemək amili;

    ·       Spirtli içkilər, nikotin, kofein;

    ·       Bəzi dərmanların qəbulu ( qeyri-steroid iltihab əleyhinə maddələr, rezerpin, qlükokortikoidlər)


       Patogenez:  Mədə və 12-barmaq bağırsaq divarına 2 cür amillər təsir göstərir:

    1.    Selikli qişanı qoruyan amillər: qoruyucu selik qatı(bu qat mədə divarını daxildən örtür), regenerasiya, mədə və 12-barmaq bağırsaq divarının yaxşı qan dövranı, düzgün qidalanma və s.

    2.    Selikli qişanı zədələyən amillər: Helicobacter pylori infeksiyası, xlorid turşusu və pepsin(həzm fermenti) ifrazının normadan çox olması, qeyri-düzgün qidalanma (bərk, qızardılmış, çox ədviyyatlı yeməklər, qaynar çay və s.), mədə və 12-barmaq bağırsağın motorikasının (hərəkətinin) pozulması, duodenoqastral reflyuks (qidanın 12-barmaq bağırsaqdan geri qayıtması) və s.

    Normada bu 2 amillər arasında balans vardır. Zədələyici amıllərin qoruyucu amilləri üstələməsi nəticəsində öncə qastrit, sonra isə xora xəstəliyi inkişaf edir.

    Klinikası(əlamətləri): Xəstəlik epiqastral(qarınüstü) nahiyədə ağrılarla müşayiət olunur. Ağrı bəzi hallarda döş sümüyünə, ürək zirvəsi nahiyəsinə də vura bilər. Ağrı qida qəbulundan 0.5-1 saat sonra (mədənin yuxarı hissəsinin xorası), 1.5-2 saat sonra (mədə çıxacağının xorası) və ya gecələr ac olduqda (12-barmaq bağırsaq xorası) başlaya bilər. Ac ağrılarda xəstə bir qədər yeyən kimi ağrı keçir. Bundan başqa xəstədə mədə qıcqırması, gəyirmə, öyümə və qusma müşahidə olunur. Əlamətlər adətən yazda və payızda kəskinləşir. Nadir hallarda xora xəstəliyi əlamətsiz keçə bilər(lal xora).   

    Palpasiyada epiqastral nahiyə ağrılı olur. Dəqiq diaqnoz qastroduodenoskopiya (mədə və 12-barmaq bağırsağın zondla baxılması) və ya kontrast Rentgen müayinəsi vasitəsilə təyin olunur.

    Xora xəstəliyinin ağırlaşmaları: Qanaxma, xoranın deşilməsi(perforasıya), digər orqanlara bitişməsi (penetrasiya), xərçəngə çevrilmə (maliqnizasiya), stenoz (mədə və ya 12-barmaq bağırsaq keçəcəyinin daralması).

    Müalicəsi: Kəskinləşmə dövründə rejim, pəhriz, fizioterapiya təyin olunur. Dərmanlardan antasidlər, sitoprotektorlar, prokinetiklrə, Helicobacter pylori-yə qarşı antibiotiklər və s. tətbiq olunur. Müalicə həkim nəzarəti altında aparılmalıdır. 

    Açar sözlər: язвенная болезнь 
    Baxış sayı: 220

    Oruc tutanlara məsləhətlər

         ramazan

         Budur, 11 ayın sultanı, qəlbimizin sevindiyi mübarək Ramazan ayı gəldi.         

         Ramazan ayında hər bir müsəlman Sübh namazının vaxtından gün batana qədər yeyib-içməməli, nəfsini pis şeylərdən qorumalıdır. Əlbəttə ki, bu ayın bildiyimiz və bilmədiyimiz fəzilətləri çoxdur. ALLAH xeyirlisini daha yaxşı biləndir.                                                                             

        Bir həkim kimi mən  oruc tutan müsəlman bacı və qardaşlarımıza kömək etmək, çalışıb faydalı məsləhətlər vermək qərarına gəldim.                                                            


         Əvvəla onu deməliyəm ki, ac qalmağın həqiqətən də orqanizmə xeyirli cəhətləri çoxdur. Aclıqla müalicəyə aid çoxlu sayda müasir ədəbiyyatlar mövcuddur. Bunlara Amerikan fizioterapevti Pol Breqqin “Ac qalma möcüzəsi” kitabını misal çəkmək olar. Pol Breqdən sitat: “Bizim dövrümüzün ən böyük tapıntısı, mənim fikrimcə müasir insanın ən böyük tapıntısı özünü fiziki, əqli, və mənəvi cəhətdən cavanlaşdırmaqdır. Elmi ac qalma ilə!”.                  

         Günümüzdə biz çoxlu sayda tərkibində konservantlar, kimyəvi rənglər, aromatizatorlar və s. olan, qidalar qəbul edirik. Bundan başqa orqanizmin öz daxilində daim homotoksinlər əmələ gəlir. Bunların bir hissəsi qaraciyər, böyrəklər, tər vəziləri və s. ilə xaric olunur. Bir hissəsi isə xaric ola bilməyib toxumalarda toplanır. Normada hər bir qidanı həzm etməyə, parçalamağa, toxumalara paylamağa, artıq qalan məhsulları çıxarmağa orqanlar çoxlu vaxt və güc sərf edir. Ac qalan zaman isə həmin vaxt və enerji illər ərzində toplanan toksinlərin çıxarılmasına sərf olunur. Əksər xronik xəstəliklərin müalicəsinə başlamazdan əvvəl orqanizmi təmizləmək şərtdir.                                                                                                   

         Bundan başqa ac qalmaq beyinin fəaliyyətinə də yaxşı təsir göstərir, toksinlərdən azad olma beyinin də aydın işləməsini təmin edir.                                                               

         Oruc tutmaq hər kəsə olmaz. Sağlamlıq buna yol verməlidir. Qastrit, mədə xorası, şəkərli və şəkərsiz diabet, kaxeksiya(həddən artıq arıqlama), və s. xəstəliklərdə oruc tutmaq məsləhət görülmür.                                                      

         Oruc tutan zaman aşağıdakı qaydalara riayət edin: 

         1. Bir gündə 2-2.5 litrə qədər maye qəbul edin. Mayeni təbii (yaxşı olar ki, evdə çəkilmiş) meyvə şirələri, ayran, su, bulyon xörəkləri şəklində qəbul etsəniz daha yaxşı olar.

         2.    Birdən birə çoxlu qida qəbul etməyin.                                     

         3.